Xəzər Xəbər

Səhiyyə Nazirliyindən təklif: "Yoxlamalar xəbərdarlıqsız aparılsın"

Gündəm | 13:13 • 3 May 2018
Səhiyyə Nazirliyindən təklif:
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov obyektlərdə yoxlamaların xəbərdarlıqsız aparılmasını təklif edib.


XəzərXəbər-in məlumatına görə, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında P.Əzizbəyiv bildirib ki, nazirlik hazırda plandankənar yoxlamar apara bilmir.

O, qeyd edib ki, qanunvericiliyə əsasən plandankənar yoxlamar yalnız şikayətlər, KİV-də gedən məlumatlar, o cümlədən dövlət orqanlarının müraciəti əsasında aparılır.

"Gələcəkdə yoxlamalarla bağlı qanunvericilikdə dəyişikliklər edilsə, yaxşı olar. Hazırda aparılan yoxlamaların effekti olmur, çünki yoxlama gedərkən xəbərdarlıq edili, sonra yoxlamalara başlanılır. Bu müddətdə sahibkar müvafiq tədbirlər görür, ona görə də biz obyektə gedəndə nəticə olmur. Bununla bağlı Səhiyyə Nazirliyi də təkliflər hazırlayacaq ki, yoxlamalar xəbərdarlıqsız həyata keçirilsin”.

Xəbər lenti