Xəzər Xəbər

Ekoloji qanunvericiliyi pozan şəxs haqqında polisə müraciət olunub - FOTO

Gündəm | 10:13 • 3 May 2018
Ekoloji qanunvericiliyi pozan şəxs haqqında polisə müraciət olunub -

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Şamaxı rayonu ərazisində "Ətraf mühitin mühafizəsi haqqında” qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.


Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, reyd zamanı "Mercedes” markalı 50 CL- 474 nömrəli dövlət qeydiyyat nişanlı yük avtomobilinin rayonun Zoğalavay çayı ərazisinə heyvandarlıq təsərrüfatında formalaşan tullantıları boşaltdığı aşkar edilib.

Avtomobilin sürücüsü sənəd təqdim etməkdən imtina edib. Faktla bağlı akt tərtib olunub.

Qanun pozucusunun şəxsiyyətinin müəyyən olunması üçün məktubla Şamaxı rayon Polis Şöbəsinə müraciət edilib.

Xəbər lenti