Azərbaycanın yeni Baş naziri Novruz Məmmədov vəzifəsinin icrasına başlayıb.
"Report”un xəbərinə görə, Nazirlər Kabinetinin Aparatı həmişəki qaydada hökumətin funksiyalarını icra etməkdə davam edir.
Bundan başqa, Baş nazirin müavini Hacıbala Abutalıbov da vəzifəsinin icrasına başlayıb.
Xatırladaq ki, aprelin 21-də keçirilən Milli Məclisin plenar
iclasında Prezident İlham Əliyevin təqdimatına əsasən, Novruz Məmmədovun
Baş nazir vəzifəsinə təyinatı məsələsi müzakirə olunub. Müzakirələrdən
sonra parlament səsvermə ilə N.Məmmədovun Baş nazir vəzifəsinə
təyinatına razılıq verib. Daha sonra isə Prezident İlham Əliyev sərəncam
imzalayaraq N.Məmmədovu Baş nazir təyin edib.