Xəzər Xəbər

Dövlət komitəsinin yeni rəhbəri məlum oldu

Gündəm | 18:27 • 21 Aprel 2018
Dövlət komitəsinin yeni rəhbəri məlum oldu

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr təyin edilib.

XəzərXəbər xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla bu vəzifəyə Samir Rafiq oğlu Nuriyev təyin edilib.

Qeyd edək ki, S.Nuriyev bu təyinatadək Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov bu ilin fevralın 18-də vəfat edib.

Xəbər lenti