Xəzər Xəbər

Azərbaycanda işsizlərin sayı azalıb

Gündəm | 15:48 • 21 Aprel 2018
Azərbaycanda işsizlərin sayı azalıb
2018-ci ilin aprelin 1-ə olan göstəriciyə əsasən, Azərbaycanda 37,3 min işsiz qeydə alınıb. Bunların da 36,6 faizi qadındır.


Dövlət Statiska Komitəsinin məlumatına görə, əvvəlki ayla müqayisədə ölkədə işsizlərin sayı 1,1 faiz azalıb.

Qeyd edək ki, Azərbaycanda işsizlik üzrə müavinətin orta aylıq məbləği hesabat dövrü üçün 360 manat təşkil edir. Bu da 2017-ci ilin fevral ayı üzrə olan göstəricilərlə müqayisədə 0,4 faiz azdır.

Xəbər lenti