Xəzər Xəbər

"Ölkənin inkişafı üçün əlimdən gələni edəcəyəm” Novruz Məmmədov

Gündəm | 12:32 • 21 Aprel 2018
"Ölkənin inkişafı üçün əlimdən gələni edəcəyəm”
"Prezidentin bu etimadı böyük məsuliyyət yaradır. Mənə etimad göstərdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edirəm”.

XəzərXəbər xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycanın Baş naziri vəzifəsinə namizədliyi irəli sürülən, Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov qeyd edib ki, Azərbaycan bu gün dünyada öz mövqeyi olan ölkədir: "Ölkəmiz ən mürəkkəb geosiyasi regionda yerləşsə də, sabitlikdir. Bunu qoruyub saxlamaq lazımdır, inkişafı daha sürətləndirmək lazımdır. Bundan sonra çalışacağam ki, ölkənin inkişafı üçün əlimdən gələni edim”.

Xəbər lenti