Azərbaycan prezidenti
İlham Əliyev istehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və
əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində
idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam
imzalayıb.
Sərəncama əsasən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və
İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi
icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.
Müəllif
Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə
formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli
Mülkiyyət Agentliyi yaradılıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi isə ləğv edilib.
Ləğv
edilmiş Komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya,
uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə
edilməsi sahəsində səlahiyyətləri Dövlət Agentliyinə, sənaye mülkiyyəti
obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Əqli Mülkiyyət
Agentliyinə verilib. "Azərbaycan Metrologiya İnstitutu”, "Azərbaycan
Standartlaşdırma İnstitutu” və "Azərbaycan Akkreditasiya Mərkəzi” publik
hüquqi şəxslərin təsisçilərinin səlahiyyətlərini Dövlət Agentliyi
həyata keçirəcək.