Xəzər Xəbər

Rusiya nümayəndə heyəti MSK-da olub

Gündəm | 16:17 • 10 Aprel 2018
Rusiya nümayəndə heyəti MSK-da olub
Aprelin 10-da Rusiya Federasiyası Federal Məclisinin nümayəndə heyəti Azərbaycanın Mərkəzi Seçki Komissiyasında olub.


Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qonaqlara prezident seçkilərinə hazırlıq işləri barədə məlumat verib. Sədr qeyd edib ki, aprelin 11-də 5 milyon 315 minə yaxın seçici 5641 seçki məntəqəsində səs verəcək. Səsvermənin gedişini 894 beynəlxalq, 59 minə yaxın yerli müşahidəçi izləyəcək. Bundan başqa, 51 beynəlxalq kütləvi informasiya vasitəsinin 118 təmsilçisi seçkiləri işıqlandıracaq. MSK sədri bütün KİV nümayəndələrinə və müşahidəçilərə seçkiləri izləmək üçün hər cür şəraitin yaradıldığını bildirib.

Nümayəndə heyətinin rəhbəri Lidiya Qumerova bildirib ki, Azərbaycan xalqı seçkilərə hər zaman məsuliyyətlə yanaşır. O, 11 aprel prezident seçkilərinə yüksək səviyyəli hazırlığın görüldüyünü söyləyib. Qeyd edib ki, prezident seçkilərinin şəffaf və ədalətli keçəcəyinə inanır. Qonaq diqqətə çatdırıb ki, nümayəndə heyətinin tərkibində olan təcrübəli müşahidəçilər seçki prosesini sona qədər izləyəcəklər.

Xəbər lenti