Xəzər Xəbər

Bakı metrosu gecə saat 2-yə qədər işləyəcək

Gündəm | 15:14 • 10 Aprel 2018
Bakı metrosu gecə saat 2-yə qədər işləyəcək
Aprelin 27-29-da Bakının mərkəzi küçələrində keçiriləcək "Formula-1" Azərbaycan qran-prisi ilə əlaqədar olaraq, Bakı metropoliteni gücləndirilmiş iş rejimində çalışacaq.

Qurumun mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, "Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin müraciətinə əsasən, "Bakı Metropoliteni"QSC-nin rəhbərliyi yarışın keçirildiyi günlərdə metropolitenin iş qrafikində dəyişikliklər etmək barədə qərar verib.

Məqsəd tamaşaçıların, habelə Dənizkənarı Bulvarda təşkil ediləcək əyləncə və istirahət yönümlü kütləvi sosial-mədəni tədbirlərin iştirakçıları və təşkilatçılarının ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq, rahatlığını təmin etməkdir.

Bakı metropoliteni "Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti ilə sıx əlaqəli fəaliyyət göstərərək, qeyd edilən tarixlərdə yarışın və tədbirlərin keçirildiyi məkanlara yaxın olan "İçərişəhər" və "28 May" stansiyalarına sərnişinlərin, zərurət yaranacağı təqdirdə, gecə saat 02:00-a qədər daxil olmasını və müvafiq marşrutlar üzrə hərəkət etməsini təmin edəcək.

Xəbər lenti