Xəzər Xəbər

12 mindən çox polis gücləndirilmiş iş rejiminə keçdi

Gündəm | 11:02 • 10 Aprel 2018
12 mindən çox polis gücləndirilmiş iş rejiminə keçdi
Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar aprelin 10-dan 14-nə kimi daxili işlər orqanlarının bütün qurumlarının əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq.


XəzərXəbər-in məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən bu gündən etibarən polis əməkdaşları gücləndirilmiş iş rejimə keçib.

Qeyd edək ki, dairə və məntəqə seçki komissiyalarının mühafizəsini təmin etmək üçün 12000-dən çox polis cəlb ediləcək.

Xəbər lenti