"Bu il ən azı 4 min ailə - 20 min köçkün yeni evlərlə, mənzillərlə təmin ediləcək"
XəzərXəbər xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib. Ölkə başçısı diqqətə çatdırıb ki, məcburi köçkünlər üçün bu il yeni evlər istifadəyə veriləcək.
"Bu
il ən azı 4 min ailə - 20 min köçkün yeni evlərlə, mənzillərlə təmin
ediləcək. Keçən il 2300 ailə - yəni, 12 min köçkün evlərlə təmin edilib.
Beləliklə, ilin sonuna qədər evlərlə, mənzillərlə təmin edilmiş
köçkünlərin sayı təxminən 285-290 minə çatacaq", - deyə prezident qeyd
edib.