"Bu ilin birinci rübü də uğurlu olub. Əminəm ki, ilin sonuna qədər müsbət dinamika saxlanacaq”.
XəzərXəbər-in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin
2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Azərbaycanın bu dövrdə VI Qlobal Bakı Forumuna, Qoşulma Hərəkatı xarici
işlər nazirləri konfransına uğurla ev sahibliyi etdiyini bildirən dövlət
başçısı deyib ki, bu dövrdə ölkəmizə 7 dövlət və hökumət başçısı səfər
edib.