Xəzər Xəbər

Bakıda Almaniya vizası üçün yeni mərkəz açılıb

Gündəm | 14:56 • 9 Aprel 2018
Bakıda Almaniya vizası üçün yeni mərkəz açılıb

Bakıda Almaniya vizası üçün yeni viza mərkəzi açılıb.

Almaniyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, "VisaMetric" şirkəti Almaniya Səfirliyinin tapşırığına əsasən, Almaniyaya səfər məqsədi ilə Şengen vizaları üçün sənəd qəbulunu həyata keçirəcək.

Viza sənədlərinin qəbulu mərkəzi Nəsimi rayonu, Rəsul Rza küçəsi 75 ünvanında, Qış Parkı binasında yerləşir və həftənin 1-5-ci günləri 08:30-dan 12:30-dək, eləcə də 13:30-dan 16:00-dək açıqdır.

Ərizəçilər yeni viza qəbulu mərkəzinin biometrik şəkillərin çəkilişi və pasportların kuryer vasitəsilə göndərilməsi kimi xidmətlərindən yararlanmaq imkanı da əldə edəcəklər.

Xəbər lenti