Xəzər Xəbər

“Prezident seçkilərinə müdaxilə cəhdləri olub” Məzahir Pənahov

Gündəm | 14:15 • 9 Aprel 2018
“Prezident seçkilərinə müdaxilə cəhdləri olub”
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri bəyan edib ki, prezident seçkilərinə müdaxilə cəhdlərinin olmamasını demək sadəcə sadəlövhlük olardı.


Bunu MSK sədri Məzahir Pənahov "RİA Novosti”yə müsahibəsində deyib.

"Əgər müdaxilə cəhdlərinin olmadığını desək, bu, sadəlövhlük olardı. Təəssüflə qeyd edə bilərəm ki, müdaxilə cəhdləri, istəkləri bugünkü dünyanın reallığına çevrilib”, - deyə M.Pənahov qeyd edib.

MSK sədri, eyni zamanda seçki prosesinə müdaxilə etmək istəyənlərə buna cəhd etməməyi də məsləhət görüb. O, vurğulayıb ki, əvvəlki illərdə bu cür müdaxilələr uğursuzluğa düçar olub. Çünki onlarda ciddi sosial baza olmayıb.

M.Pənahov, həmçinin bildirib ki, MSK seçkiqabağı kampaniya zamanı ciddi pozuntular aşkarlamayıb.

Qeyd edək ki, Azərbaycanda 11 aprel tarixində prezident seçkiləri keçiriləcək.

Xəbər lenti