Xəzər Xəbər

Sarkisyan müşavir və köməkçilərini işdən çıxardı

Gündəm | 11:53 • 9 Aprel 2018
Sarkisyan müşavir və köməkçilərini işdən çıxardı
Ermənistan prezidenti Serj Sarkisyan özünün mətbuat katibi Vladimir Akopyanın vəzifəsindən azad olunması barədə sərəncam imzalayıb.

"News.am” xəbər verir ki, Sarkisyan baş müşaviri Aram Qaribyan da daxil olmaqla, digər müşavir, köməkçi və referentları də işdən azad edib.

Qeyd edək ki, bu gün Ermənistanda yeni prezident seçilmiş Armen Sarkisyanın inauqurasiya mərasimi keçiriləcək. 2008-ci ildən hakimiyyətdə olan Serj Sarkisyanın prezident kimi səlahiyyətləri bu gün başa çatacaq və o, postunu A.Sarkisyana verəcək./azvision.az

Xəbər lenti