Xəzər Xəbər

Sarkisyanın sonuncu günü Yeni prezident işə başlayır

Gündəm | 10:25 • 9 Aprel 2018
Sarkisyanın sonuncu günü
Bu gün Ermənistanda yeni prezident seçilmiş Armen Sarkisyanın inauqurasiya mərasimi keçiriləcək.

XəzərXəbər "News.am”-a istinadən xəbər verir ki, 2008-ci ildən hakimiyyətdə olan Serj Sarkisyanın prezident kimi səlahiyyətləri bu gün başa çatacaq və o, postunu A.Sarkisyana verəcək.

İnauqurasiya mərasimi Bakı vaxtı ilə saat 12:00-da "Demirçyan" adına idman konsert kompleksində keçiriləcək. Mərasimə xüsusi olaraq xaricdən heç bir nümayəndə heyəti dəvət olunmayıb. Bununla da Ermənistanın parlament ölkəsinə çevrilməsi prosesi başa çatacaq.

Qeyd edək ki, aprelin 17-də ölkə parlamentində yeni baş nazir seçiləcək. Ekspertlərin fikrincə, bu postu Serj Sarkisyan tutacaq.

Xəbər lenti