Xəzər Xəbər

MDB PA-nın müşahidə missiyası Azərbaycana gəlib

Gündəm | 10:12 • 9 Aprel 2018
MDB PA-nın müşahidə missiyası Azərbaycana gəlib
MDB Parlamentlərarası Assambleyasından (MDB PA) olan beynəlxalq müşahidə missiyası Azərbaycan Respublikası Prezidenti seçkilərini müşahidə etmək üçün ötən gün ölkəmizə səfərə gəlib.


XəzərXəbər-in xəbərinə görə, beynəlxalq müşahidə missiyasının tərkibi Rusiya, Tacikistan, Moldova, Belarus, Qazaxıstan və Qırğız Respublikasından olan deputatlardan ibarətdir.

Bundan əlavə beynəlxalq müşahidəçilər missiyasına MDB PA-nın beynəlxalq monitorinq institutunun əməkdaşları və ekspertləri daxildir.

Missiya üzvləri aprelin 11-də keçiriləcək Azərbaycan Prezidenti seçkiləri müşahidə etmək üçün Bakı şəhərində və ölkənin bölgələrində olacaqlar. Həmçinin beynəlxalq müşahidəçilərin Azərbaycan Milli Məclisi, Mərkəzi Seçki Komissiyası və prezidentliyə namizədlərlə görüşləri nəzərdə tutulur.

Seçkilər başa çatdıqdan sonra MDB PA-dan olan beynəlxalq müşahidəçilər seçkilərin keçirilməsi ilə bağlı mətbuat konfransı keçirəcəklər.

Xəbər lenti