Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və İran İslam
Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Naxçıvan Dövlət
Universitetində olublar.
XəzərXəbər-in məlumatına görə, Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov İran İslam
Respublikasının xarici işlər nazirinə Naxçıvan Dövlət Universitetinin
ötən 50 ildə keçdiyi böyük inkişaf yolu barədə məlumat verib.
Rektor
bildirib ki, hazırda universitetdə 5317 bakalavr, 238 magistr, 188
doktorant təhsil alır. O qeyd edib ki, universitetdə 9 xarici ölkədən
300-ə yaxın tələbə var.
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif universitetin tələbələri üçün İran-Azərbaycan münasibətlərinə dair mühazirə oxuyub. Nazir müasir dövrdə ölkələr arasındakı əlaqələrin vəziyyətinə nəzər salıb, İran-Azərbaycan
münasibətlərinin nümunə gücündə olduğunu bildirib, sülhün və beynəlxalq
təhlükəsizliyin təmin olunması sahəsində birgə təşəbbüslərin
əhəmiyyətini qeyd edib.