Xəzər Xəbər

İranın XİN rəhbəri Naxçıvanda Duzdağa baş çəkib

Gündəm | 10:01 • 7 Aprel 2018
İranın XİN rəhbəri Naxçıvanda Duzdağa baş çəkib
Naxçıvana səfərə gələn İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Duzdağ Fizioterapiya Mərkəzində olub.

XəzərXəbər-in məlumatına görə, qonağın diqqətinə çatdırılıb ki, 1979-cu ildə duz mədənlərinin bazasında yaradılan Duzdağ Fizioterapiya Mərkəzində bronxial-astma və ağciyər-bronx sisteminin digər qeyrispesifik xəstəliklərindən əziyyət çəkən insanlar müalicə olunurlar.

Burada havanın temperaturu və rütubət sabitdir. Müalicə turizminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyan mərkəzə dünyanın bir çox ölkələrindən müraciətlər olur. Mərkəzdə İran İslam Respublikasının müxtəlif bölgələrindən olan insanlar da müalicə olunurlar.

Sonra İranın xarici işlər naziri ölkəsinin Naxçıvandakı Baş Konsulluğuna gəlib, konsulluğun əməkdaşları ilə görüşüb və onların iş şəraiti ilə maraqlanıb.

Xəbər lenti