Xəzər Xəbər

“Bakı bəyannaməsində Qarabağ məsələsi də öz əksini tapıb” Məmmədyarov

Gündəm | 17:44 • 6 Aprel 2018
“Bakı bəyannaməsində Qarabağ məsələsi də öz əksini tapıb”
"Azərbaycan sədr kimi Hərəkat çərçivəsində əməkdaşlığı dəstəkləməyə davam edəcək”.


Bunu Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin konfransının bağlanış mərasimində bu konfransın sədri, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir qeyd edib ki, Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək ölkə kimi təşkilatın bütün üzv ölkələri ilə effektiv işləmək və bununla da dünyada təhlükəsizliyinin inkişafına töhfə vermək niyyətindədir.

Nazir bildirib ki, Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransının yekun sənədində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ öz əksini tapıb:

"Nazirlər əhəmiyyətli qərarlar verib. Bakı bəyənnaməsi və yekun sənəddə üzv ölkələr beynəlxalq sərhədlərə, ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır. Hərəkat ölkələrin suverenliyinə hörmət edəcək, ölkələrin daxili işinə qarışmamağa üstünlük verəcək, gücdən istifadəyə qarşı çıxacaq. Ermənistanla münaqişə hələ də davam edir. Bu məsələ də bəyanatda əksini tapıb. BMT qətnamələrinə baxmayaraq, münaqişə hələ də həl olunmayıb və regional təhlükəsizliyə təhdid təşkil edir. Bu müddəanın sənədə daxil edilməsinə görə iştirakçılara öz təşəkkürümü bildirmişəm”.

Qeyd edək ki, Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı çərçivəsində Bakı bəyannaməsində qəbul olunub. Bakı bəyannaməsində ölkələrin suverenliyi və ərazi bütövlüyü dəstəkləyir.

"BMT qətnamələrinə uyğun olaraq biz ölkələrin ərazi bütövlüyü və milli birliyinin qismən və ya ümumi parçalanmasına yönəlik bütün cəhdlərə qətiyyətlə etiraz etməkdə davam edəcəyik. Bununla da biz dövlətlərin suverenliyini, daxili işlərinə qarışmamaq, münaqişələrin sülh yolu ilə həllinə təhdidlərdən və gücün tətbiqindən yayınmağa davam edəcəyik.

Sivilizasiyalar arasında səmərli dialoqu qurmaq məqsədilə 2008-də Azərbaycan tərəfindən başladılan "Bakı prosesi”ni mədəniyyətlərarası dialoqun inkişafı üçün əsas platforma kimi dəyərləndiririk”, - deyə bəyanatda bildirillir.

Xəbər lenti