Xəzər Xəbər

Evlər tezliklə simsiz telefonlarla təmin olunacaq AÇIQLAMA

Gündəm | 15:34 • 6 Aprel 2018
Evlər tezliklə simsiz telefonlarla təmin olunacaq

Paytaxt ərazisi böyüdükcə yeni tikilmiş mənzillərə telefon xətti çəkdirmək istəyənlərin sayı çoxalır.

Uzun müddətdir Bakıətrafı - Hövsan, Sulutəpə kimi ərazilərdə evlərə telefon xəttinin çəkilməsi məsələsi problem olaraq qalırdı. Lakin problem həllini tapmağa başlayıb.

"Telefon xətti çəkilməyən evlər tezliklə simsiz telefonlarla təmin olunacaq”.

Bunu Metbuat.az-a açıqlamasında Hövsan ATS-in mühəndisi Oqtay Məmmədov bildirib. Onun sözlərinə görə, yenilik Bakıətrafı ərazilərdə telefon xətti çəkilməyən yaşayış evlərinə şamil edəcək:

"Yeni çəkilişlər ən çox həyət evlərinə şamil olunur. Hövsan qəsəbəsinin giriş hissəsində yerləşən məhəllələr və Zeytun sovxozu adlanan ərazi nəzərdə tutulub. Hazırda yeni, müasir tipli stansiyalar quraşdırılır. Yenilik Bakıətrafı bütün ərazilərə şamil olunacaq. Artıq işlərə başlanılıb”.

Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Xəbər lenti