Xəzər Xəbər

İranlı nazir Naxçıvana gedib

Gündəm | 13:06 • 6 Aprel 2018
İranlı nazir Naxçıvana gedib

İranın xarici işlər naziri Məhəmmədcavad Zərif aprelin 6-da Naxçıvan Muxtar Respublikasına səfər edib.

"Report” xəbər verir ki, o, Muxtar Respublikada yüksək vəzifəli dövlət rəsmiləri ilə görüşüb.

Nazir Naxçıvanda yerli rəsmilərlə ikitərəfli əlaqələrin genişləndirilməsi, regional və beynəlxalq məsələlər haqda fikir mübadiləsi aparıb.

XİN başçısı Naxçıvan şəhər hava limanında jurnalistlərə açıqlamasında deyib ki, səfəri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun dəvəti ilə həyata keçirilir.

O, İranla və Azərbaycanın Naxçıvan Muxtar Respublikasının yaxşı mədəni və iqtisadi əməkdaşlıqlarının olduğunu vurğulayıb.

Qeyd edək ki, M.Zərif aprelin 5-də Qoşulmama Hərəkatının Bakıda keçirilən "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda nazirlər konfransına qatılıb.

Xəbər lenti