Xəzər Xəbər

Minskdə MDB XİN rəhbərlərinin iclası keçirilir

Gündəm | 12:58 • 6 Aprel 2018
Minskdə MDB XİN rəhbərlərinin iclası keçirilir
Belarusun paytaxtı Minsk şəhərində MDB xarici işlər nazirlərinin toplantısı başlayıb.


XəzərXəbər "belta.by” saytına istinadən xəbər verir ki, iclasda Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.

MDB xarici işlər nazirlərinin toplantısının gündəliyinə 12 məsələ daxil edilib. Buraya MDB ölkələri arasında siyasi, iqtisadi, mədəniyyət və təhsil sahələrində əməkdaşlığa dair məsələlər, həmçinin MDB ölkələri arasında xarici siyasətlə bağlı müzakirə daxildir.

Bundan başqa, iclasda təhlükəsizlik, beynəlxalq terrorizmə qarşı mübarizə, MDB ölkələrinin hüquq mühafizə orqanlarının əlaqəli fəaliyyəti müzakirə ediləcək.

Xəbər lenti