Xəzər Xəbər

Azərbaycanda 3 yeni sənaye məhəlləsi yaradılır

Gündəm | 13:59 • 5 Aprel 2018
Azərbaycanda 3 yeni sənaye məhəlləsi yaradılır
"Azərbaycanda daha 3 sənaye məhəlləsi yaradılır”.


Bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib. Neftçalada sənaye məhəlləsinin fəaliyyət göstərdiyini xatırladan nazir müavini bildirib ki, Masallı sənaye məhəlləsində işlər tamamlanmaq üzrədir:

"Sabirabad və Hacıqabul rayonlarında sənaye məhəlləsinin açılması üçün işləri aparılır. Digər regionlarda da belə sənaye məhəllələrinin yaradılması üçün araşdırmalar gedir. Bunun üçün regionun spesifik xüsusiyyətləri nəzərə alınır”.

Xəbər lenti