Xəzər Xəbər

İran XİN rəhbəri: "ABŞ beynəxlaq təhlükəsizlik sahəsində öhdəlilklərini yerinə yetirmir"

Gündəm | 12:14 • 5 Aprel 2018
İran XİN rəhbəri: "ABŞ beynəxlaq təhlükəsizlik sahəsində öhdəlilklərini yerinə yetirmir"

"Biz Fələstin xalqına qarşı zorakılığı pisləyirik. İsrail qlobal təhlükəsizliyə təhdid olmağa davam edir. Şərqdə stabilliyin katostrofik cəhətdən pozulması ekstremizm və zorakılığa gətirib çıxarır".


Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıda keçirilən "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında deyib.

O qeyd edib ki, İŞİD-ə qarşı aparılan mübarizəyə baxmayaraq, Suriya və İraq hələ də terror qruplaşmalarından əziyyət çəkir.

"Biz regional dialoq üçün təşəbbüs irəli sürürük. ABŞ bu gün beynəxlaq təhlükəsizlik sahəsində öhdəlilklərini yerinə yetirmir. ABŞ-ın nüvə silahının inkişafına 1.2 trillion dollar ayırması yeni nüvə təhlükəsi ilə bağlı narahatlığa ciddi əsas verir", - deyə İran xarici siyasət idarəsinin rəhbəri vurğulayıb. (APA)

Xəbər lenti