Xəzər Xəbər

Kürdəmirdə “ASAN xidmət” mərkəzi tikiləcək SƏRƏNCAM

Gündəm | 18:43 • 24 Mart 2018
Kürdəmirdə “ASAN xidmət” mərkəzi tikiləcək
Prezident İlham Əliyev Kürdəmir rayonunda "ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında sərəncam imzalayıb.


XəzərXəbər xəbər verir ki, sərəncama əsasən, Kürdəmir rayonunda "ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.52.4-cü yarımbəndində göstərilmiş məbləğin 5,0 (beş) milyon manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılıb.

Nazirlər Kabinetinə tapşırılıb ki, sərəncamdan irəli gələn məsələləri həll etsin. Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Xəbər lenti