Xəzər Xəbər

“Yanlışlığa yol verənlər bağışlanmayacaq” MSK sədri

Gündəm | 15:30 • 24 Mart 2018
“Yanlışlığa yol verənlər bağışlanmayacaq”
"Dairə və məntəqə seçki komissiyaları üçün ən yüksək şərait yaradılıb, komissiya üzvlərinin peşəkarlığını artırmaq üçün təlimlər keçirilməkdədir".


Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.O, dairə və məntəqə seçki komissiyalarına xəbərdarlıq edib: "Yanlışlığa yol verən komissiya üzvləri bağışlanmayacaq".

M.Pənahov qeyd edib ki, KİV-lərlə bərabər sosial şəbəkələr də diqqət mərkəzində olacaq və müraciətlər Mərkəzi Seçki Komissiyasında araşdırılacaq. O, əlavə edib ki, prezident seçkiləri ilə əlaqədar dairələr üzrə müşahidə aparmaq istəyən 55 min 887 yerli müşahidəçi qeydiyyatdan keçib.

Xəbər lenti