Xəzər Xəbər

Seçkiləri 47 ölkənin vətəndaşı izləyəcək

Gündəm | 15:16 • 24 Mart 2018
Seçkiləri 47 ölkənin vətəndaşı izləyəcək
Aprelin 11-nə təyin edilmiş prezident seçkilərini müşahidə etmək istəyən beynəlxalq müşahidəçilərin sayı açıqlanıb.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, prezident seçkiləri ilə əlaqədar 312 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.

Onun sözlərinə görə, ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 280 qısa müddətli müşahidəçiləri və MDB-nin qısa müddətli müşahidəçiləri bu siyahıya daxil deyil. O, qeyd edib ki, ümumilikdə, 47 ölkənin vətəndaşları seçkiləri müşahidə etmək üçün müraciət edib.

Xəbər lenti