Xəzər Xəbər

Oleq Ponomar: Azərbaycandakı seçki sistemi demokratik sistemə uyğundur

Gündəm | 15:24 • 23 Mart 2018
Oleq Ponomar: Azərbaycandakı seçki sistemi demokratik sistemə uyğundur

Azərbaycandakı seçki sistemi ölkənin demokratik siyasi sisteminə uyğundur.


Xezerxeber.az xəbər verir ki, bu fikri seckhi-2018.az saytına açıqlamasında ukraynalı siyasi şərhçi Oleq Ponomar deyib. O bildirib ki, bu gün Azərbaycanda sabit ictimai-siyasi mühit, demokratik cəmiyyət mövcuddur. Bu da seçkilərin ədalətli və şəffaf keçirilməsini şərtləndirir.


"Biz 11 aprel prezident seçkilərində Azərbaycan xalqının doğru seçim edəcəyinə inanırıq və onun seçiminə hörmətlə yanaşacağıq”, - deyə siyasi şərhçi vurğulayıb.


Azərbaycanın Ukrayna üçün vacib tərəfdaş olduğunu qeyd edən O.Ponomar əlavə edib ki, ölkəsi Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsində rəsmi Bakını dəstəkləyir.

Xəbər lenti