Bu gün daxili işlər naziri, general-polkovnik Ramil Usubov Daxili Qoşunların Bakıda yerləşən "N" saylı hərbi hissəsində olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, Novruz”bayramı münasibətilə əsgər və zabitləri təbrik edən nazir, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Daxili Qoşunların
maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü
tədbirlərin həyata keçirildiyini, nəinki paytaxtda, eləcə də regionlarda
yerləşən hərbi hissələrdə geniş abadlıq və quruculuq işlərinin
aparıldığını, müxtəlif təyinatlı obyektlərin, o cümlədən yeni hərbi
şəhərciklərin, əsgər kazarmalarının tikildiyini, zabitlər, gizirlər üçün
hər bir şəraitə malik yaşayış komplekslərinin istifadəyə verildiyini
nəzərə çatdırıb.
Sonra
nazir şəxsi heyətin kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq
durumu və təminat-təchizatı ilə yaxından tanış olub, ərazidə aparılan
quruculuq-abadlıq işləri ilə maraqlanıb.
Daxili işlər naziri R. Usubov və nazir müavini - Daxili Qoşunların Komandanı Şahin Məmmədov hərbi hissənin yeməkxanasında bayram süfrəsində əsgərlə birlikdə nahar ediblər.