Mərkəzi Seçki
Komissiyasının (MSK) bu gün keçirilən iclasında aprelin 11-ə təyin
edilən prezident seçkilərində İctimai Televiziya və Radio Yayımları
Şirkəti tərəfindən ayrılan ödənişsiz efir vaxtının bölgüsü məqsədilə
püşkatma keçirilib.
XəzərXəbər-in
məlumatına görə, MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki,
prezidentliyə namizədlərə İctimai Televiziya və Radio Yayımları
Şirkətində ümumilikdə həftədə 6 saat vaxt ayrılacaq.
N.Məmmədov
qeyd edib ki, həmin 6 saatın 3 saatı namizədlər tərəfindən İctimai
Televiziyada, 3 saat isə İctimai Radioda ödənişsiz əsaslarla istifadə
olunacaq.
Püşkatma ilə İctimai Televiziyada həftədə 3 dəfə
olmaqla saat 22:00 başlayacaq dəyirmi masada prezidentliyə namizədlərin
çıxış etmə ardıcıllığı müəyyən edilib.
1. Namizədliyi öz təşəbbüsü ilə irəli sürən Zahid Oruc
2. Namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə,
3. Namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev,
4. Namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev,
5. Namizədliyi "Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev,
6. Namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədov
7. Namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev,
8. Namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev,
Dəyirmi
masa həftənin 1,2 və 3-cü günləri keçiriləcək. İctimai Radioda
prezidentliyə namizədlərin dəyirmi masası isə həftənin 1,2 və 3 günləri
saat 19:00-da olacaq. Çıxış üçün hər namizədə 7 dəqiqə 30 saniyə vaxt
ayırılacaq.