Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat martın 19-da başlayacaq.
XəzərXəbər xəbər verir ki, təşviqat səsvermənin başlamasına 24 saat qalmış -
aprelin 10-da saat 08.00-da dayandırılacaq. Səsvermə günü və bir gün
əvvəl təşviqat aparmaq qanunla qadağandır.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyev, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc,
Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli
sürülmüş Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyev, Milli
Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc
Quliyev, Müasir Müsavat Partiyası
tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev, "Cəbhəçilərin
təşəbbüs qrupu" adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli
sürülmüş Razi Nurullayev və Azərbaycan Demokrat Partiyası tərəfindən
namizədliyi irəli sürülən Sərdar Cəlaloğlunun prezidentliyə
namizədliyini qeydə alıb.
Ümumilikdə prezident seçkilərində 8 namizəd mübarizə aparacaq.