Xəzər Xəbər

"Xocalı faciəsində Ermənistan rəhbərlərinin əli var" TBMM sədri

Gündəm | 18:25 • 25 Fevral 2018
"Xocalı faciəsində Ermənistan rəhbərlərinin əli var"

"BMT-dən gözlədiyimiz Xocalı faciəsini törədənlərin cəzalandırılması, Dağlıq Qarabağ və Azərbaycanın digər bölgələrindəki erməni işğalına son qoyulmasıdır. Faciədə Ermənistanın bugünkü rəhbərlərinin də əli var"

Bunu Türkiyə parlamentinin (TBMM) sədri İsmail Qəhrəman Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı açıqlamasında deyib.

TBMM-in sədri bəşəriyyət tarixinin ən vəhşi qətliamlarından birinin Xocalıda törədildiyini, Ermənistan ordusunun işğalı altında olan Xocalıda 26 il əvvəl 613 günahsız insanın qəddarlıqla qətlə yetirildiyini söyləyib.

İ.Qəhrəman Xocalı qətliamının insanlıq tarixində utanc səhifəsi kimi yer aldığını qeyd edib.

Xəbər lenti