Dövlət İmtahan Mərkəzi
(DİM) ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər
Akademiyasının magistraturalarına qəbul imtahanının birinci mərhələsini
keçirib.
DİM-dən
XəzərXəbər-ə verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi respublikanın 5 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 38 imtahan binasında aparılıb.
İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 2 saat 30 dəqiqə davam edib.
İmtahan
prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət
göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə
saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda
imtahan təlimata uyğun şəkildə keçirilib, bakalavrların öz bilik
səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Fevralın
26-dan etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının
emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan
edilməsi nəzərdə tutulur.