Xəzər Xəbər

Səbaildə Xocalı köçkünləri ilə görüş keçirilib

Gündəm | 15:36 • 23 Fevral 2018
Səbaildə Xocalı köçkünləri ilə görüş keçirilib

Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində Xocalı şəhərindən köçkün düşərək rayonda məskunlaşmış ailələrin nümayəndələri ilə görüş keçirilib.

İH-dən xezerxeber.az-a daxil olan xəbərə görə, mərasimində çıxış edən Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib. O, qeyd edib ki, bu gün Azərbaycan prezidentinin apardığı siyasət nəticəsində Xocalının, həmçinin işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmindir.

Tədbirdə xocalılar çıxış edib.

Tədbirin sonunda Səbail rayonunda məskunlaşmış Xocalı köçkunlərinə rayon İcra Hakimiyyəti tərəfindən maddi və ərzaq yardımları göstərilib.





Xəbər lenti