Xəzər Xəbər

ABŞ-ın siyasəti güclü Azərbaycana kömək etməkdir - Səfir

Gündəm | 14:29 • 23 Fevral 2018
ABŞ-ın siyasəti güclü Azərbaycana kömək etməkdir -

"ABŞ-ın Azərbaycanla bağlı siyasəti güclü, çiçəklənən, müstəqil dövlət olmaqda Azərbaycana kömək etməkdir".


Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Səfir bildirib ki, ABŞ-ın Azərbaycanla ümumi fəaliyyəti iqtisadiyyat, təhlükəsizlik, qanunun aliliyi, insan haqları və demokratiya sahələrini əhatə edir.

Diplomat qeyd edib ki, ABŞ ötən əsrin 90-cı illərinin əvvəlindən Azərbaycanda məcburi köçkünlərə 125 milyon dollardan artıq maddi yardım göstərib .

Azərbaycanda aprelin 11-i keçiriləcək prezident seçkilərinə toxunan R. Sekuta vurğulayıb ki, ABŞ üçün vətəndaşların seçkidə azad iştirakı, seçkilərin ədalətli keçirilməsi vacibdir.

Xəbər lenti