Xəzər Xəbər

YAP imzaları MSK-ya təqdim etdi

Gündəm | 11:20 • 23 Fevral 2018
YAP imzaları MSK-ya təqdim etdi

Yeni Azərbaycan Partiyası (YAP) İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin qeydə alınması üçün toplanmış seçici imzalarını Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Bu barədə Yeni Azərbaycan Partiyasıdan məlumat verilib.

Məlumatda bildirilir ki, partiya İlham Əliyevin prezidentliyə namizədliyinin müdafiəsi üçün mövcud 125 dairənin hər birinin ərazisində imzatoplama aksiyası keçirib.

YAP-ın 2018-ci il fevral ayının 8-də keçirilmiş VI qurultayında aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyanın sədri İlham Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.

Xəbər lenti