Xəzər Xəbər

Bu uşaqların məktəbə qəbulu daha asan olacaq Təhsil Nazirliyi

Gündəm | 17:03 • 21 Fevral 2018
Bu uşaqların məktəbə qəbulu daha asan olacaq

"Bu il elektron qaydada məktəbə qəbul ediləcək uşaqların 80 faizi məktəbəqədər hazırlıq qruplarına cəlb edilib”.

XəzərXəbər-in xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verib.

Onun sözlərinə görə, 3 ildir ki, Bakı şəhərində birinci sinfə qəbul elektron qaydada aparılır: "Bu ildən isə Sumqayıt, Gəncə və Abşeronda da qəbul elektron qaydada aparılacaq. Ötən il 55, bu il 65 faizə yaxın uşaq məktəbə hazırlıq qrupuna cəlb edilib. 2020-ci ilə qədər prosesin 90 faizə çatdırılması gözlənilir. Bu prosesdə iştirak edən uşaqlar avtomatik olaraq məktəbə qəbul prosesində iştirak edə bilirlər. Bu il elektron qaydada məktəbə qəbul aparılacaq şəhərlərdə 16-17 min uşaq birinci sinfə daxil ediləcək. Bu uşaqların 60 faizdən çoxu məktəbəqədər hazırlıq qrupunda iştirak etdiklərinə görə onların məktəbə qəbul prosesi daha rahat olacaq”.

Xəbər lenti