Xəzər Xəbər

Həccə gedənlərin nəzərinə! Pulunuzun batmaması üçün...

Gündəm | 12:11 • 21 Fevral 2018
Həccə gedənlərin nəzərinə!

Azərbaycandan bu il Həcc ziyarətinə getmək üçün sənəd verən zəvvarlardan sonradan ziyarətdən imtina edəcəkləri halda ödənişlərin geri qaytarılması ilə bağlı şərtlər açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, sənəd verən ziyarətin başlanmasına ən azı 90 gün qalmış imtina ilə bağlı müraciət edənlərə ödənişlərinin tam məbləği qaytarılacaq.

Ziyarətin başlanmasına 60 gün qalmış imtina ilə bağlı müraciət edənlərə isə ödənişin 50 faizi, ziyarətin başlanmasına 30 gün qalmış imtina müraciəti edənlərə ödənişin 25 faizi qaytarılacaq. 30 gündən az qalmış imtina ilə bağlı müraciət edənlərə isə məbləğdən heç bir vəsait geri qaytarılmır.

Qeyd edək ki, Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb, ziyarətin qiyməti 4150 dollardır. Azərbaycanda Həccə sənəd qəbulunu rəsmi olaraq QMİ həyata keçirir.

Xəbər lenti