Xəzər Xəbər

İranın müdafiə naziri Bakıdadır

Gündəm | 11:42 • 21 Fevral 2018
İranın müdafiə naziri Bakıdadır

İranın müdafiə və Silahlı Qüvvələrə dəstək naziri Azərbaycana səfərə gəlib.

Bu gün İran İslam Respublikasının müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Səfər çərçivəsində İran nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Səfər fevralın 22-dək davam edəcək.

Xəbər lenti