Xəzər Xəbər

Özbəkistan prezidenti Bakıya gəlir

Gündəm | 10:27 • 21 Fevral 2018
Özbəkistan prezidenti Bakıya gəlir

Özbəkistan prezidenti Şavkat Mirziyoyev 2018-ci ilin yazında Azərbaycana rəsmi səfərə gələcək.

Bu barədə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev bildirib.

Dipolomatın sözlərinə görə, səfərin vaxtı hələlik məlum deyil: "Dəqiq tarixi demək çətindir. Böyük ehtimalla səfər bu ilin yazında, ola bilsin ki, mayın sonunda baş tutsun”, - deyə Quliyev Özbəkistan-Azərbaycan biznes forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Mirziyoyevin Azərbaycana səfəri zamanı neft-qaz sahəsi, kənd təsərrüfatı, tikinti və sənaye sektorlarını əhatə edən bir sıra məsələlərin müzakirə ediləcəyi gözlənilir. Bundan əlavə, tərəflər Azərbaycan və Özbəkistan arasında birbaşa reyslərin sayının artırılması məsələsi nəzərdən keçirilə bilər.

H.Quliyev əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmiryolunun xəttə buraxılması ilə əlaqədar tərəflər nəqliyyat-logistika əlaqələrinin möhkəmləndirilməsini də müzakirə edəcək.

Xəbər lenti