Dövlət İmtahan Mərkəzi 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul elan edib.
Mərkəzdən XəzərXəbər-ə verilən məlumata görə, 20 fevral saat 10:00-a olan məlumata əsasən,
Azərbaycan bölməsi üzrə 438, rus bölməsi üzrə 73, ümumilikdə 511 nəfər
elektron ərizəsini təsdiq edib. Ərizə qəbulu ilə bağlı son statistik
məlumatları buradan izləyə bilərsiniz.
Qəbul imtahanında iştirak
etmək üçün namizədlərin ərizələrinin qəbulu internet vasitəsi ilə
aparılır. İmtahanda iştirak etmək üçün namizəd 2018-ci il fevralın
22-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi
kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği
"Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək
üçün ödəniş üsulları ilə payment.dim.gov.az internet səhifəsində tanış
ola bilərsiniz.
Namizəd "Şəxsi kabinet”inin istifadəçi adı və
parolundan istifadə etməklə 22 fevral saat 23:59-dək Mərkəzin internet
saytının müvafiq səhifəsinə
(https://azvision.az/redirect.php?url=http://eservices.dim.gov.az/erizemag/erize)
daxil olub "Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq
edir (etdirir).