Xəzər Xəbər

Azərbaycanla Britaniya arasında hərbi əməkdaşlıq planı imzalandı

Gündəm | 14:14 • 17 Fevral 2018
Azərbaycanla Britaniya arasında hərbi əməkdaşlıq planı imzalandı

Londonda Azərbaycan Respublikasının və Böyük Britaniyanın Müdafiə nazirlikləri arasında Qərargah danışıqları keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib, təlim, təhsil, eləcə də regional təhlükəsizlik və digər maraq doğuran məsələlər müzakirə olunub.

Danışıqların yekununda "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2018-2019-cu maliyyə ili üçün hərbi əməkdaşlıq Planı” imzalanıb.

Xəbər lenti