Xəzər Xəbər

Məmmədyarov Münhen Təhlükəsizlik Konfransında çıxış etdi

Gündəm | 16:55 • 16 Fevral 2018
Məmmədyarov Münhen Təhlükəsizlik Konfransında çıxış etdi

Xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində enerji təhlükəsizliyi mövzusunda keçirilmiş dəyirmi masada iştirak edib.

Bu barədə Xarici İşlər Nazirliyindən XəzərXəbər-ə daxil olan məlumatda bildirilir.
Dəyirmi masada enerji təhlükəsizliyi sahəsində aktual məsələlər üzrə müzakirələr aparılıb.

Nazir Elmar Məmmədyarov çıxışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolundan bəhs edərək Cənub Qaz Dəhlizi və bu xüsusda TANAP və TAP layihələrinin strateji əhəmiyyətindən söz açıb. O, TANAP layihəsinin bu il fəaliyyətə başlayacağı, TAP layihəsi üzrə işlərin isə qrafika uyğun olaraq uğurla davam etdiyini qeyd edib. Habelə, nazir E.Məmmədyarov Bakıda 9 fevralda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilmiş IV nazirlər iclası və orada alınmış qərarlar barədə tədbir iştirakçılarına məlumat verib.

Xəbər lenti