Vergilər naziri Mikayıl Cabbarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb.
Nazirliyin Media və Kommunikasiya Mərkəzindən XəzərXəbər-ə verilən məlumata görə, görüş zamanı iki ölkə arasında mövcud iqtisadi əlaqələr, əməkdaşlıq perspektivləri, vergi sahəsində əlaqələrin genişləndirilməsi, investisiya mühiti kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bununla yanaşı, vergilər naziri Birləşmiş Krallığın Gəlirlər və Gömrük Xidməti ilə ikitərəfli və çoxtərəfli müstəvidə səmərəli əməkdaşlığın mövcud olduğunu və Vergilər Nazirliyinin bu əməkdaşlığın vergi tutmanın müxtəlif sahələri üzrə davam etdirilməsində maraqlı olduğunu bildirib.