Xəzər Xəbər

Azərbaycanda 623 yeraltı təkan qeydə alınıb

Gündəm | 17:50 • 15 Fevral 2018
Azərbaycanda 623 yeraltı təkan qeydə alınıb

Fevralın 15-nə kimi Azərbaycanda 623 yeraltı təkan qeydə alınıb. Maqnitudası 3-dən böyük zəlzələlərin sayı 6-ya, hiss olunanların sayı isə 3-ə bərabər olub.


Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli məlumat verib.


Baş direktor bildirib ki, yeni ildən etibarən maqnitudasına görə ən güclü yeraltı təkan İsmayıllıda qeydə alınıb. Yerli vaxtla saat 13:11-də baş verən və ocağı 8 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3,9 bal olub. Yeraltı təkanlar episentrdə və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss edilib.

Xəbər lenti