Xəzər Xəbər

Hərbi attaşelər Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində oldular

Gündəm | 15:22 • 15 Fevral 2018
Hərbi attaşelər Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində oldular

Xarici ölkələrin Azərbaycana akkreditə olunmuş hərbi attaşeləri Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Telemexanika” və "Araz” zavodlarında olublar.


Nazirliyin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, tanışlıq xarakterli tədbirdə 19 ölkədən 29 nümayəndə iştirak edib.

Nümayəndələrə nazirliyin müəssisələri ilə bağlı geniş məlumat verilib.

Müəssisələrlə tanışlıq zamanı istehsal olunan müdafiə təyinatlı məmulatlara baxış keçirilib və istehsal prosesi yaxından izlənilib.

Sonda hərbi attaşelər tədbirin təşkilinə görə Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Xəbər lenti