Xəzər Xəbər

Leyla Seyidbəyliyə yeni vəzifə verilib

Gündəm | 15:22 • 15 Fevral 2018
Leyla Seyidbəyliyə yeni vəzifə verilib

Mərkəzi Neftçilər Xəstəxanasının keçmiş baş direktoru Leyla Seyidbəyli öz ərizəsi ilə vəzifədən azad olunub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova "Report”a açıqlamasında bildirib ki, L.Seyidbəyliyə yeni vəzifə verilib: "Bakı Baş Səhiyyə İdarəsinin əmrinə əsasən, Leyla Seyidbəyli 7 saylı doğum evinə baş həkim təyin olunub".

S.Əhmədova onu da qeyd edib  ki, Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsinə hələ təyinat olmayıb.

Xəbər lenti