Xəzər Xəbər

Cocuq Mərcanlıda işə başlayan müəssisələrə güzəştlər ediləcək

Gündəm | 14:08 • 15 Fevral 2018
Cocuq Mərcanlıda işə başlayan müəssisələrə güzəştlər ediləcək

Cocuq Mərcanlıda fəaliyyətə başlayacaq müəssisələrə güzəştlər ediləcək.

XəzərXəbər xəbər verir ki, bunu jurnalistlərə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib. Onun sözlərinə görə, Cocuq Mərcanlıda iqtisadi fəaliyyətin genişləndirilməsi istiqamətində dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq sistemli tədbirlər həyata keçirilir.

"Ölkə rəhbərinin Sərəncamına əsasən, 2 ilə yaxındır ölkədə investisiya təşviqi sənədlərinin verilməsi ilə bağlı işlər görülür. Bu sənəd regionlarda 32 fəaliyyət sahəsini əhatə edir. Belə istehsal sahələri Cocuq Mərcanlıda da yaradılır. Bununla bağlı biz təşviqat işlərini genişləndirərək bu məsələlərə xüsusi diqqət ayıracağıq. Müraciətlər olarsa, lazım olan güzəşt mexanizmlərindən istifadə edə biləcəyik", - deyə nazir müavini qeyd edib.

Xəbər lenti