Xəzər Xəbər

Ramil Usubovdan əmr: Zona müşavirələri keçiriləcək

Gündəm | 13:18 • 15 Fevral 2018
Ramil Usubovdan əmr:

"Sosial, dini, milli, irqi ayrıseçkiliklə bağlı çağırışların qarşısının alınması üçünq müvafiq planımız var".

XəzərXəbər-in məlumatına görə, bunu daxili işlər nazirinin müavini Oruc Zalov Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.

Nazir müavini deyib ki, rayonlarda sahə müvəkilləri seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə başlayıb. O.Zalov qeyd edib ki, daxili işlər naziri Ramil Usubovun əmrinə əsasən, fevralın 19-dan 27-dək əsasən Bakı, Gəncə Baş Polis idarələrində, Şirvan və digər böyük şəhərlərdə ətraf rayonların polis əməkdaşları cəlb olunmaqla, zona müşavirələri keçiriləcək.

"Şəffaf, demokratik seçki kampaniyasının aparılmasına heç kim mane ola bilməz. Belə fikrə düşənlər olsa da, qarşısı qətiyyətlə alınacaq".

Xəbər lenti